Kəşf et

Tədqiqat 2

Şagirdliyin dəyəri

Luka 14:25-33

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Şagird olmağın qiyməti

14:25 İsa ilə birlikdə çoxlu adam Yerusəlimə tərəf yol gedirdi. İsa dönüb onlara dedi: 26 «Mənim yanıma gələn, amma ata-anasını, arvad-uşaqlarını, bacı-qardaşlarını, yaxud öz həyatını Məndən üstün tutan adam Mənim şagirdim ola bilməz. 27 Öz çarmıxını daşıyıb ardımca gəlməyən kəs də Mənim şagirdim ola bilməz.

28 Deyək ki, sizlərdən biri qüllə tikmək istəyir. O, hökmən əvvəlcə oturub xərclərini hesablayır ki, görsün, onu tikib qurtarmaq üçün pulu çatacaq, ya yox. 29 Axı qüllənin təməlini qoyub işi qurtara bilməsə, ətrafdakılar onu ələ salıb deyəcək: 30 “Bu adam tikintiyə başladı, amma onu qurtara bilmədi”.

31 Yaxud da deyək ki, bir padşah başqa padşahın üstünə savaşa gedir. O da əvvəlcə götür-qoy etməlidir ki, görsün, on min əsgərlə düşmənin iyirmi min əsgərinin öhdəsindən gələ biləcəkmi? 32 Əgər bu padşah bunu edə bilməyəcəksə, düşmən padşah hələ uzaqda ikən qasid göndərib onunla sülh bağlamaq istəyər. 33 Beləcə, siz də əvvəldən bilməlisiniz ki, Mənim ardıcılım olmaq üçün hər şeyinizdən keçməlisiniz. Bunu etməyən əsla Mənim şagirdim ola bilməz.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.