Kəşf et

Tədqiqat 9

İmanlıların birliyi

Həv. 2:42-47

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İmanlılar arasında birlik

2:42 İmanlılar özlərini həvarilərin təlimini dinləyib tətbiq etməyə və bir-birlərinə dəstək olmağa həsr etdilər; Rəbbin Süfrəsini qeyd edib birlikdə yemək yeyir, dua edirdilər. 43 İmanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə bir çox xariqələr və əlamətlər göstərilirdi. 44 Bütün imanlılar bir yerdə idilər, hər şeylərini bölüşürdülər. 45 Mallarını, mülklərini satıb pulunu ehtiyacı olanlara paylayırdılar. 46 Camaat hər gün məbədin həyətinə toplanırdı. Evlərində də Rəbbin Süfrəsini qeyd edərək sevinc və sadəliklə, səmimi qəlbdən yemək yeyirdilər. 47 Onlar elə hey Allaha həmd edirdilər; bütün xalqın rəğbətini qazanmışdılar. Rəbb də hər gün yeni xilas olanları imanlılara qatırdı.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.