
Müvafiq mətni oxuyun və ya dinləyin
İmanın gücü
11:20 Səhər erkən İsa ilə şagirdləri yola çıxdılar. Əncir ağacını gördülər. Ağac tamamilə qurumuşdu. 21 Hadisə Peterin yadına düşdü. O, İsaya dedi: «Müəllim, bax! Dünən lənətlədiyin əncir ağacı quruyub». 22 İsa belə cavab verdi: «Allaha iman edin. 23 Əmin olun, kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə, ürəyində heç bir şübhə etməzsə və dediyinin olacağına inanarsa, dediyi yerinə yetəcək. 24 Buna görə sizə deyirəm, dua ilə nə istəsəniz, dua etdiyiniz zaman artıq onu aldığınıza iman edin, istədiyiniz yerinə yetəcək. 25-26 Dua edəndə kimdən incikliyiniz varsa, onu bağışlayın ki, göylərdə olan Atanız da sizin təqsirlərinizi bağışlasın».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.