
Müvafiq mətni oxuyun və ya dinləyin
İsa çarmıxa çəkilir
23:32 İsa ilə birlikdə iki cinayətkar da edam edilmək üçün aparılırdı. 33 Kəllə adlanan yerə gələndə orada İsanı və cinayətkarları çarmıxa çəkdilər, birini Onun sağında, o birini də solunda. 34 İsa deyirdi: «Ey Səmavi Ata! Mənə bunu edənləri bağışla, çünki nə etdiklərini bilmirlər». Əsgərlər Onun paltarlarını aralarında bölüşdürmək üçün püşk atdılar.
35 Camaat isə dayanıb tamaşa edirdi. Onlar da, idarəçilər də İsaya istehza edirdilər: «Başqalarını xilas edirdi. Əgər Allahın seçdiyi Məsih Odursa, qoy Özünü də xilas etsin!» 36 Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona qıcqırmış şərab uzadıb 37 dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» 38 Çarmıxda Onun başının üzərində yazmışdılar: «Bu, Yəhudilərin Padşahıdır».
39 Çarmıxa çəkilmiş cinayətkarlardan biri İsanı təhqir edərək dedi: «Bəs Məsih deyilsən? Özünü də, bizi də xilas etsənə!» 40 O biri cinayətkar isə onu məzəmmət etdi: «Məgər səndə Allah qorxusu yoxdur? Axı sən də həmin cəzanı çəkirsən. 41 Biz bu cəzaya layiqik, çünki etdiklərimizin əvəzini alırıq. Bu Adamsa heç bir pis iş etməyib». 42 Sonra İsaya üz tutub dedi: «Ey İsa, dünyaya Padşah kimi gələndə məni də yadına sal!» 43 İsa ona dedi: «Əmin ol ki, elə bu gün Mənimlə birlikdə cənnətdə olacaqsan».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.