Kəşf et

Tədqiqat 11

Satınalma: Yeşayanın iztirab çəkən qul haqqında peyğəmbərliyi

Yeşaya 53

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

53:1 Verdiyimiz xəbərə kim inandı?
Rəbbin qüdrəti kimə məlum oldu?
2 Rəbbin önündə sevimli bəndəsi bir fidan kimi,
Quru torpaqda kök atan bir bitki kimi böyüdü;
Gözəgəlimli zahiri görünüşdən, gözəlliyikdən məhrum idi.
Cəlbedici görkəmi də yox idi.
3 İnsanlar Ona yuxarıdan-aşağı baxıb rədd elədi.

Çəfakeş oldu və əziyyəti yaxından tanıdı.
Biz Ondan üz çevirdik,
Ona yuxarıdan-aşağı baxıb qiymət vermədik.
4 Əslində O, azar-bezarımızı aldı,
Dərd-bəlalarımızın yükünü O çəkdi.
Bizsə elə bildik ki, Allah Onun cəzalandırır,
Vurub əzir.
5 Halbuki bədəni üsyankarlığımıza görə dəlik-deşik oldu,
Günahlarımıza görə əzaba düşdü.
Cəzamızı çəkərək bizi əminamanlığa qovuşdurdu.
Onun yaraları şəfa tapdıq.
6 Hamımız qoyun kimi yoldan azmışdıq,
Hərəmiz öz yolumuzla gedirdik.
Amma Rəbb haqq etdiyimiz cəzanı Onun boynuna qoydu.

7 O, zülmə düşdü, əzab çəkdi,
Lakin ağzını belə, açmadı.
Boğazlanmağa aparılan quzu kimi,
Qırxımçıların qabağında dilsiz-ağızsız qoyun kimi
Ağzını açmadı.
8 Haqqsızlıqla ittiham olunub ölmə aparıldı.
Aid olduğu nəsildən kim Onunla maraqlandı?
O, xalqımın üsyankarlığından ötrü cəzalandırılaraq
Dünyaya gözlərini yumdu.
9 Heç bir günah etməmişdi,
Dilindən heç bir aldadıcı söz çıxmamışdı.
Buna baxmayaraq cinayətkarların yanındakı
Məzara layiq gördülər Onu,
Amma cənazəsi varlı adamın qəbrinə qoyuldu.

10 Sevimli bəndəsinin əzilməsi,
Əzab çəkməsi əslində Allahın Öz rizası ilə olmuşdu.
Çünki bəndəsi günahkarların günahlarını
Bağışlamaq üçün Öz canını fəda elədi.
Bunun sayəsində O, nəslinə aid olanları görəcək,
Ömür uzadacaq,
Onun vasitəsilə Allah Öz iradəsini yerinə yetirəcək.
11 Əzab çəkib öləndən sonra,
Yenə gün işığını görəcək,
Nailiyyətlərindən məmnun qalacaq.

Allah deyir ki, «Mənim saleh bəndəm,
Çoxlarının günahlarını boynuna götürməklə
Onları əməlisaleh edəcək.
12 Buna görə də Ona
Qaliblər arasında yer verəcəyəm,
Zəfərinin qənimətini qaliblərlə paylaşacaq.
Çünki canını qurban verdi,
Üsyankarlara tay tutuldu,
Çoxlarının günahını boynuna götürdü,
Üsyankarlar üçün vəsatət etdi».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.