
Müvafiq mətni oxuyun və ya dinləyin
Davudun məzmuru
23:1 Ya Rəbb, çoban quzusunun qeydinə qalantək
Hər zaman qayğımı çəkdiyin üçün
Ehtiyac içində yaşamaram.
2 Çoban quzusunu göy çəmənlərdə yatırdığı kimi,
Sakit axan sular kənarında otardığı kimi məni bəsləyirsən.
3 Daim məni mənən təzələyirsən,
İsmin naminə məni haqq yolla aparırsan.
4 Əgər qapqaranlıq, qorxunc vadilərə düşsəm,
Yanımda olduğun üçün təhlükədən qorxmaram,
5 Düşmənlərimin gözü önündə də
Başımı yağla məsh edib
Naz-nemətlə süfrəmi doldurursan,
Piyaləm dolub-daşır.
6 Ona görə, ya Rəbb, ömrüm boyu
Yalnız yaxşılıq və məhəbbətin məni izləyəcək.
Çünki hər zaman Rəbbin evində yaşayacağam!
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.