Kəşf et

Tədqiqat 13

Satınalma: İsanın vəftiz olunması

Matta 3; Yəhya 1:29-34

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Yəhya İsanın yolunu hazırlayır

3:1 Həmin vaxtlar Vəftizçia Yəhya Yəhudeya çölündə vəz etməyə başladı. 2 O çağırış edirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3 Bu, həmin o adam idi ki, Yeşaya peyğəmbər onun haqqında demişdi: «Səhrada nida edənin səsi eşidilir: Rəbbin yolunu hazırlayın. Onun keçəcəyi yerləri düzəldin». 4 Yəhya dəvə yunundan paltar geyinmiş, belinə dəri qurşaq bağlamışdı. Yeməyi də çəyirtkə və yabanı bal idi. 5 Yerusəlim və bütün Yəhudeya sakinləri, həmçinin İordan çayının ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdilər. 6 Onlar günahlarını etiraf edib onun tərəfindən İordan çayında vəftiz olunurdular. 7 Farisey və sadukey məzhəblərinə mənsub olan çoxlu insan vəftiz olmaq üçün Yəhyanın yanına gəldi. Yəhya onları görüb dedi: «Ey gürzə nəsli! Kim sizə dedi ki, Allahın qəzəbindən qaça bilərsiniz? 8 Elə işlər görün ki, tövbəyə layiq olsun. 9 “Bizim atamız İbrahimdir” deyib güvənməyin. Sizə deyə bilərəm ki, Allah bu daşlardan da İbrahimə övlad yaratmağa qadirdir. 10 [Siz kəsiləcək ağaclara bənzəyirsiniz.] Balta ağacların dibində yatır. Hansı ağac yaxşı bar vermirsə, o kəsilib oda atılır. 11 Tövbə edəndən sonra mən sizi su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa da layiq deyiləm. O sizi Müqəddəs Ruh və odla vəftiz edəcək. 12 Kürəyi əlindədir. O, xırmanını sovuracaq, Öz taxılını anbarına toplayacaq, küləşi isə sönməz odda yandıracaq».

İsanın vəftiz olunması

13 O vaxt İsa vəftiz olunmaq üçün Qalileya bölgəsindən İordan çayına, Yəhyanın yanına gəldi. 14 Lakin Yəhya Ona belə dedi: «Sən məni vəftiz etməlisən, amma Özün vəftiz olunmaq üçün mənim yanıma niyə gəlirsən?» 15 İsa ona cavabında dedi: «Sən indi buna razı ol, biz Allahın istədiyi hər şeyi beləcə yerinə yetirməliyik». Onda Yəhya Onu vəftiz etməyə razı oldu. 16 İsa vəftiz olunan kimi sudan çıxdı. Bu vaxt göy yarıldı və İsa gördü ki, Allahın Ruhu göyərçin şəklində endi və Onun üzərinə qondu. 17 Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur. Mən Ondan razıyam».

Yəhyanın şəhadəti

1:29 Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görəndə dedi: «Budur dünyanın günahını aradan götürən Allah Quzusu! 30 Bu, həmin Kəsdir ki, barəsində demişdim: “Məndən sonra Biri gələcək ki, məndən üstündür, çünki məndən əvvəl var idi”. 31 Mən Onu tanımırdım. Amma su ilə vəftiz etmək üçün gəldim ki, O, İsrail xalqına zahir olsun». 32 Yəhya şəhadətini davam etdirdi: «Gördüm ki, Müqəddəs Ruh göydən göyərçin kimi enib Onun üzərinə qondu. 33 Mən Onu tanımazdım, amma su ilə vəftiz etmək üçün məni Göndərən Allah mənə dedi: “Müqəddəs Ruhun enib kimin üzərinə qonduğunu görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34 Mən də bunu görüb şəhadət edirəm ki, “Allahın Oğlu budur”».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.