Kəşf et

Tədqiqat 14

Satınalma: İsa iblis tərəfindən sınağa çəkilir

Matta 4:1-11

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsanın sınağa çəkilməsi

4:1 Bundan sonra Allahın Ruhu İsanı səhraya apardı ki, iblis Onu sınağa çəksin. 2 İsa qırx gün-qırx gecə oruc tutduqdan sonra acmağa başladı. 3 Elə bu vaxt iblis yaxınlaşıb Ona dedi: «Əgər Sən, doğrudan da, Allahın Səmavi Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsünlər». 4 İsa ona belə cavab verdi: «Tövratda yazılıb ki, insan yalnız çörəklə deyil, Allahın söylədiyi hər kəlmə ilə yaşayır».

5 Sonra iblis Onu müqəddəs şəhər olan Yerusəlimə gətirdi və məbədin ən yüksək yerinə qaldırıb dedi: 6 «Əgər Sən, doğrudan da, Allahın Səmavi Oğlusansa, onda Özünü aşağı at. Axı Zəburda yazılıb ki, Allah mələklərinə əmr edər, Səni qolları üstündə apararlar, ayağın bir daşa da dəyməz». 7 İsa ona dedi: «Tövratda yazılıb ki, Rəbb Allahınızı sınamayın».

8 Bundan sonra iblis İsanı çox uca bir dağın zirvəsinə qaldırdı. Ona dünyanın bütün padşahlıqlarını və onların cah-calalını göstərib dedi: 9 «Əgər Sən qarşımda əyilib mənə səcdə etsən, bütün bunları Sənə verəcəyəm». 10 İsa dedi: «Rədd ol, Şeytan! Tövratda yazılıb ki, yalnız Rəbb Allahınıza səcdə edin və yalnız Ona xidmət edin». 11 Bundan sonra iblis İsanı tərk edib getdi. Mələklər gəlib İsaya xidmət etməyə başladılar.


Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.