Kəşf et

Tədqiqat 24

Satınalma: İsa necə böyük olmağı öyrədir

Matta 20:20-28

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Kim üstündür

20:20 O zaman Zavdayın arvadı oğulları ilə birlikdə İsanın yanına gəldi. Onun qarşısında yerə qapanıb, bir istəyi olduğunu söylədi. 21 İsa qadından soruşdu: «Nə istəyirsən?» Qadın Ona dedi: «Əmr et ki, mənim oğullarım Sənin Padşahlığında biri sağında, biri solunda otursun». 22 İsa onun cavabında dedi: «Nə istədiyinizi heç özünüz də bilmirsiniz. Mənim içdiyim əzab kasasından siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik». 23 İsa onlara dedi: «Siz Mənim içəcəyim əzab kasasından içəcəksiniz. Amma Mənim sağımda və solumda kimin oturmağına Mən qərar verə bilmərəm. Atam olan Allah onu kimlərə hazırlayıbsa, onlara da verəcək».

24 Bunu eşidən on şagirdin o iki qardaşa acığı tutdu. 25 İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, padşahlar xalqa hökmdarlıq, əyanlar da ağalıq edirlər. 26 Sizin aranızda isə belə olmasın. Əgər sizlərdən biri başçılıq istəyirsə, qoy o birinin xidmətçisi olsun. 27 Aranızda kim birinci olmaq istəyirsə, başqasının qulu olsun. 28 Mən Bəşər Oğlundan nümunə götürün. Mən gəlmədim ki, hamı Mənə xidmət etsin, gəldim ki, Özüm hamıya xidmət edim və canımı qurban verib bir çoxlarını xilas edim».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.