Kəşf et

Tədqiqat 30

Xülasə: Allahın yolu ilə getmək istəyirsən?

Yəhya 3:1-21; Matta 7:13-14

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsa və Nikodim

3:1 Farisey məzhəbindən Nikodim adlı bir adam var idi. O, Yəhudilərin rəhbərlərindən biri idi. 2 Nikodim bir gecə İsanın yanına gəlib Ona dedi: «Müəllim, bilirik ki, Səni Allah göndərib. Axı Allah yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3 İsa onun cavabında dedi: «Əmin ol ki, bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4 Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? Məgər anasının bətninə girib yenidən doğula bilərmi?» 5 İsa cavab verdi: «Əmin ol ki, bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6 Bədəndən bədən doğulur, Ruhdan ruh doğulur. 7 Sənə “yenidən doğulmalısınız” deməyimə heyrət etmə. 8 Yel istədiyi yerdə əsir, səsini eşidirsən, amma bilmirsən ki, haradan gəlib hara gedir. Ruhdan doğulmuş hər kəslə də belə olur». 9 Nikodim soruşdu: «Axı bu necə ola bilər?» 10 İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Necə olur ki, bunları bilmirsən? 11 Əmin ol ki, biz bildiyimizi söyləyirik, gördüyümüzə şahidlik edirik, siz isə bizim şahidliyimizi qəbul etmirsiniz. 12 Bu dünyada olanlar barədə danışanda inanmırsınızsa, göydə olanlar barədə danışsam, heç inanmayacaqsınız. 13 Təkcə göydən enmiş Bəşər Oğlu göyə çıxıb, başqa heç kəs göyə çıxmayıb. 14 İsrail xalqı səhrada olarkən Musa ilanı yuxarı qaldırmışdı. Eləcə Bəşər Oğlu da yuxarı qaldırılmalıdır. 15 Onda Ona iman edən hər kəs əbədi həyat əldə edəcək».

16 Allah bəşəri o qədər sevdi ki, vahid Oğlunu ona fəda etdi. Bunu etdi ki, Oğula iman edən hər kəs həlak olmasın, əbədi həyat əldə etsin. 17 Allah Səmavi Oğlunu dünyaya göndərdi. Onun məqsədi bəşəri məhkum etmək deyil, Oğlunun vasitəsilə onu xilas etmək idi. 18 Oğula iman edən məhkum edilmir, iman etməyənsə elə indidən məhkum edilib. Axı o, Allahın vahid Oğluna iman etməyib. 19 Bəşərin məhkum edilməsinin səbəbi budur: nur dünyaya gəldi, amma insanlar nuru istəmədilər. Pis əməl sahibi olduqları üçün qaranlığı sevdilər. 20 Kim ki pis əməl sahibidir, nura nifrət edər. Nura yaxın gəlməz, çünki əməlləri üzə çıxa bilər. 21 Haqq yolu ilə gedən isə nurun yanına gələr ki, əməllərini Allah naminə etdiyi aşkar olsun.

Dar qapı və geniş qapı

7:13 Əbədi həyata aparan qapı dardır; bu qapıdan girin. Çünki həlaka aparan qapı genişdir, yol da enlidir. Bu qapıdan girənlərin sayı çoxdur. 14 Həyata aparan qapı dar və yolu əzablıdır. Çox az insan bu yolu tapır.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.