Kəşf et

Tədqiqat 29

Satınalma: İsa özünü göstərir və səmalara gedir

Luka 24:36-53

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsa On Bir şagirdə görünür

24:36 Şagirdlər hələ bu barədə danışarkən İsa gəlib onların aralarında durub dedi: «Sizə salam olsun!» 37 Hamı çaşıb qaldı, elə bildilər ki, gözlərinə kabus görünür. 38 Amma İsa onlara dedi: «Niyə həyəcana düşmüsünüz? Nəyə görə ürəyinizdə şübhə doğur? 39 Əllərimə, ayaqlarıma baxın. Həqiqətən, Mən Özüməm! Mənə toxunun, baxın. Axı kabusun əti və sümüyü olmur». 40 İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. 41 Şagirdlər çox sevinsələr də, amma hələ inana bilmirdilər və çaşqınlıq içində idilər. İsa soruşdu: «Sizdə yeməyə bir şey varmı?» 42 Ona bir tikə qızarmış balıq verdilər. 43 İsa onu götürüb onların gözü qabağında yedi.

44 Sonra onlara dedi: «Sizin yanınızda olanda söylədiyim sözlər elə bunlar barəsində idi. Mən sizə demişdim ki, Musanın Tövratında, Peyğəmbərlərin Kitablarında və Zəburda Mənim barəmdə yazılanlar yerinə yetməlidir». 45 Sonra İsa şagirdlərə Müqəddəs Yazıların mənasını anlamağı öyrətdi. 46 Onlara dedi: «Yazılarda belə deyilir: Məsih əzab çəkib ölməli və üçüncü gün ölülər arasından dirilməlidir. 47 Sonra da günahların bağışlanması üçün tövbəyə çağırış Yerusəlimdən başlayaraq bütün millətlərə Onun adı ilə bəyan edilməlidir. 48 Siz bütün bu hadisələrin şahidisiniz. 49 Mən də Öz Səmavi Atamın vəd etdiyini sizə göndərəcəyəm. Siz də ucalardan gələn qüvvəni qəbul edəcəksiniz. Ona qədər bu şəhərdə qalın».

İsanın göylərə qaldırılması

50 İsa şagirdləri şəhərdən kənara çıxarıb Bet-Anya kəndinin yaxınlığına gətirdi. Orada əllərini qaldırıb onlara xeyir-dua verdi. 51 Xeyir-dua verə-verə onlardan ayrılıb göylərə qaldırıldı. 52 Şagirdlər İsaya səcdə etdilər. Sonra hədsiz sevinclə Yerusəlimə qayıtdılar. 53 Onlar daim məbəddə olurdular və günlərini Allaha həmd edərək keçirirdilər.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.