
Müvafiq mətni oxuyun və ya dinləyin
Müqəddəs Ruh barədə vəd
14:15 Əgər Məni sevirsinizsə, əmrlərimə əməl edəcəksiniz. 16 Mən də Səmavi Atadan istəyəcəyəm, O da sizə başqa bir Yardımçı göndərəcək. Bu Yardımçı daim sizinlə olacaq. 17 O, həqiqət Ruhudur. Dünya Onu qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız. O, aranızda yaşayır və içinizdə olacaq. 18 Sizi yetim qoymaram, yenə yanınıza qayıdacağam. 19 Az bir müddətdən sonra dünyadakı başqa adamlar daha Məni görməyəcəklər, amma siz Məni görəcəksiniz. Mən əbədi yaşadığım üçün siz də əbədi yaşayacaqsınız. 20 O gün gələndə biləcəksiniz ki, Mən Səmavi Atamdayam. Həm də biləcəksiniz ki, siz Məndəsiniz və Mən də sizdəyəm. 21 O kəs Məni sevir ki, əmrlərimi qəbul edib onlara əməl edir. Kim ki Məni sevir, Atam da onu sevəcək. Mən də onu sevəcəyəm və Özümü ona göstərəcəyəm».
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.