Kəşf et

Tədqiqat 6

Məsihdə qalmaq

Yəhya 15:1-12

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Üzüm meynəsi və budaqlar məsəli

15:1 İsa dedi: «Mən əsl üzüm meynəsi, Səmavi Atam da bağban misalındadır. 2 O Mənə aid olub bəhrə verməyən hər budağı kəsib atır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 3 Sizə bəyan etdiyim sözün sayəsində siz artıq təmizsiniz 4 Budaq meynədə qaldığı kimi, siz də Məndə qalın. Onda Mən də sizdə qalaram. Budaq meynədə qalmasa, öz-özünə bəhrə verə bilməz. Eləcə siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. 5 Mən meynə, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, o, çoxlu bəhrə verər. Amma Məndən ayrı heç nə edə bilməzsiniz. 6 Kim Məndə qalmasa, kəsilmiş bir budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılar və yandırılar. 7 Əgər Məndə qalsanız, sözlərim də ürəyinizdə olsa, istədiyiniz hər şey sizə veriləcək. 8 Bol bəhrə verməklə Mənim şagirdlərim olduğunuzu göstərirsiniz. Beləcə, Səmavi Atama izzət gətirirsiniz. 9 Səmavi Atam Məni necə sevirsə, Mən də sizi elə sevdim. Mənim məhəbbətimdə yaşayın. 10 Əgər əmrlərimə əməl edirsinizsə, Mənim məhəbbətimdə yaşayacaqsınız. Necə ki Mən Atamın əmrlərinə əməl edərək Onun məhəbbətində yaşayıram. 11 Bu sözləri sizə söylədim ki, Məndə olan sevinc sizdə də olsun. Beləcə, sevinciniz bol olsun. 12 Mən sizə bu əmri qoyuram: bir-birinizi sevin, necə ki Mən sizi sevdim».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.