Kəşf et

Tədqiqat 7

İsaya Rəbb və Allah kimi etibar etmək

Yəhya 20:24-29

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsanın Tomasa görünməsi

20:24 «Əkiz» ləqəbli Tomas da On İki şagirddən biri idi. Amma İsa gələndə Tomas onların yanında deyildi. 25 O biri şagirdlər ona «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, bu yaralara barmağımla toxunmasam, böyründəki yaraya əlimi qoymasam, buna əsla inanmaram». 26 Səkkiz gündən sonra İsanın şagirdləri yenə bir evdə toplaşmışdılar. Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girib ortada dayandı. Onlara «Sizə salam olsun!» dedi. 27 Sonra Tomasa səsləndi: «Barmağını uzat! Əllərimə bax, əlini də uzat, böyrümə qoy. Şübhə etməkdən əl çək, iman gətir!» 28 Tomas Onun cavabında «Ya Rəbbim və Allahım!» dedi. 29 İsa ona dedi: «Məni gördüyün üçünmü iman etdin? Məni görmədən iman edənlər nə bəxtiyardır!»

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.