Kəşf et

Tədqiqat 4

Allahın izzəti

Yəhya 17:1-5

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsa şagirdləri üçün dua edir

17:1 İsa bunları söylədikdən sonra üzünü göylərə tutub dedi: «Ey Səmavi Ata, vaxt yetişdi. Öz Oğlunu izzətə çatdır, Oğul da Səni izzətləndirsin. 2 Sən Onu bütün bəşər üzərində səlahiyyət sahibi etdin. Bunu etdin ki, Ona verdiyin hər kəsə əbədi həyat bəxş etsin. 3 Əbədi həyat budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. 4 Mənə yerinə yetirməyi tapşırdığın işi tamamladım. Bununla Səni yer üzündə izzətləndirdim. 5 Ey Səmavi Ata, indi Məni Öz hüzurunda izzətə çatdır. Dünya yaranmazdan əvvəl Səninlə bir olarkən sahib olduğum izzəti Mənə ver».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.