
Müvafiq mətni oxuyun və ya dinləyin
Məsihin xidmətçisi
15:14 Sizə gəlincə, qardaşlarım, yaxşılıqla dolu olub, hər cür biliklə mükəmməl olduğunuza əminəm. Həm də bir-birinizə nəsihət verməyə qadirsiniz. 15 Amma yenə də sizə xatırlatmaq istədiyim bəzi məsələləri cəsarətlə yazdım. 16 Çünki Allah mənə Məsih İsanın qulu olaraq Yəhudi olmayanlara xidmət etmək lütfünü bəxş etdi. Yəhudi olmayanlar Müqəddəs Ruhla təqdis edilib Allaha məqbul olsunlar deyə Xoş Xəbəri yayıram. Belə etməklə Allaha məqbul qurbanlar təqdim edən bir kahin kimi xidmət edirəm. 17 Buna görə Məsih İsaya aid biri kimi, Allaha etdiyim xidmətlə fəxr edirəm. 18 Əslində, mənim heç bir qabiliyyətim yoxdur. Sadəcə Məsihin mənim vasitəmlə etdiklərindən söz aça bilərəm. O, Yəhudi olmayanların Allaha itaət etmələrini təmin etmək üçün məndən istifadə etdi. 19 Əlamətlər və möcüzələr etməyim üçün mənə Allahın Ruhunun qüdrətini verdi. Beləcə, Yerusəlimdən başlayıb İllirikum diyarına qədər gəzib-dolaşdım. Getdiyim hər yerdə Məsih barədəki Xoş Xəbəri bəyan etdim. 20 Xoş Xəbəri Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq əsas məqsədim oldu. Çünki xidmətimi bir başqasının qoyduğu təməl üzərində inşa etmək istəmədim. 21 Tövratda yazıldığı kimi:
«Onun haqqında xəbəri olmayanlar görəcəklər,
Eşitməyənlər anlayacaqlar».
22 Bu məqsədlə nə vaxt yanına gəlmək istədimsə, önümə həmişə bir maneə çıxdı. 23 İndi isə bu diyarlarda edəcəyim başqa bir şey qalmadı. Yanınıza gəlməyi də illərdir arzu edirdim.
Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.
Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.
Get Discovery Bible Studies on your phone
Discover copyright ©2015-2026 discoverapp.org
Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.