Kəşf et

Tədqiqat 2

Dinsizlər üçün ümid

Luka 18:9-17

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Farisey və vergiyığanın məsəli

18:9 İsa bir məsəl də çəkdi ki, bu məsəl özlərini saleh sayıb, başqalarına xor baxan adamlara aid idi. 10 O, sözünə başladı: «Bir gün iki nəfər dua etmək üçün məbədə gəldi. Onlardan biri farisey, o biri isə vergiyığan idi. 11 Farisey ayaq üstə dayanıb öz-özünə belə dua etdi: “İlahi, Sənə şükür edirəm ki, mən soyğunçu, başqasının haqqını yeyən, zinakar adamlar kimi deyiləm. Ya da bu vergiyığan kimi günahkar da deyiləm. 12 Həftədə iki gün oruc tuturam, qazancımın onda bir hissəsini də məbədə verirəm”. 13 Vergiyığan isə küncə sıxılmışdı, başını qaldırmağa da cəsarət etmirdi. Elə hey sinəsinə vurub deyirdi: “Ay Allah, mən günahkara rəhm et!” 14 Əmin olun ki, farisey yox, vergiyığan evinə bəraət alaraq getdi. Bilin ki, özünü yüksəyə qaldıran adam aşağı tutulacaq, özünü aşağı tutansa yüksəyə qaldırılacaq».

İsa uşaqlara xeyir-dua verir

15 Bəzi adamlar balaca uşaqlarını İsanın yanına gətirirdilər ki, onlara toxunub xeyir-dua versin. Bunu görən şagirdlər onlara mane olmağa çalışdılar. 16 Amma İsa uşaqları yanına çağırıb dedi: «Buraxın uşaqları, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Allahın Padşahlığı belələrinə məxsusdur. 17 Əmin olun ki, kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etmirsə, oraya əsla girə bilməz».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.