Kəşf et

Tədqiqat 3

Ümid dəyişdirir

Luka 19:1-10

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsa və Zakkay

19:1 İsa Yerixo şəhərinə gəldi. O, şəhərin içindən keçirdi. 2 Orada Zakkay adlı bir adam var idi. Bu adam vergiyığanların rəisi idi. 3 O, İsanı görmək istəyirdi, amma boyu qısa olduğuna görə izdihamın arasında Onu görə bilmirdi. 4 Onda İsanı görmək üçün adamlardan qabaqca qaçıb bir yabanı əncir ağacına dırmaşdı. Bilirdi ki, İsa o yerdən keçəcək.

5 İsa o yerə çatdıqda yuxarı baxaraq onu gördü və dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam». 6 O, tez aşağı düşüb İsanı sevinclə evinə dəvət etdi. 7 Camaat bunu görəndə narazılıq etməyə başladı: «Gedib bu cür günahkar adama qonaq oldu!» 8 Zakkay evində ayağa qalxıb dedi: «Ağa, mal-dövlətimin yarısını yoxsullara verirəm və kimə haqsızlıq edib malını əlindən almışamsa, ona dörd qat qaytaracağam». 9 İsa onun cavabında dedi: «Bu gün Allah bu evə xilas bəxş etdi, axı bu adam da İbrahimin övladıdır. 10 Bilin ki, Mən, Bəşər Oğlu, itmiş olanları axtarıb xilas etmək üçün gəlmişəm».

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.