Kəşf et

Tədqiqat 16

Satınalma: İsa cinləri qovur

Mark 5:1-20

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Cin vurmuş adam sağaldılır

5:1 İsa şagirdləri ilə birlikdə gölün o biri sahilindəki Gerasa bölgəsinə keçdi. 2 Qayıqdan düşən kimi bir adam qəbir mağaralarından çıxıb Onu qarşıladı. O adamı cin vurmuşdu. 3 O, mağaralarda yaşayırdı. Onu hətta zəncirlə bənd etməyə heç kimin gücü çatmırdı. 4 Ona dəfələrlə buxov, zəncir vurmuşdular. Amma o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəs onu sakit edə bilmirdi. 5 Gecə-gündüz qəbir mağaralarda, dağlarda qışqırır, özünü daşlarla yaralayırdı. 6 O adam uzaqdan İsanı görəndə qaçıb gəldi və Onun qarşısında səcdə etdi. 7 Bərkdən dedi: «Ey Allah-Taalanın Oğlu İsa, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə əzab vermə!» 8 Çünki İsa ondakı cinə demişdi: «Ey şər ruh, bu adamdan çıx!»

9 Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq». 10 Və İsaya çox yalvardı ki, cinləri o diyardan qovmasın.

11 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. 12 O adamın içindəki cinlər İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək». 13 İsa izin verdi. Beləliklə, cinlər adamın daxilindən çıxıb donuzların içinə girdilər. Sürüdə təqribən iki min donuz var idi. Hamısı dik yamacdan gölə atılıb boğuldu.

14 Donuzotaranlar qaçdılar. Qəsəbə və kəndlərdə bu xəbəri yaydılar. Adamlar da nə baş verdiyini görmək üçün ora getdilər. 15 İsanın olduğu yerə gəldilər. Əvvəllər cin vurmuş adam da orada oturmuşdu. Əynini geyinmişdi. Ağlı başında idi. Onlar həmin adamı gördükdə qorxdular. 16 Hadisəni görənlər cin vurmuş adamın və donuzların başına gələnləri camaata danışdılar. 17 Camaat İsanın o diyardan çıxıb getməsi üçün yalvardı. 18 İsa qayığa minərkən cinlərdən azad olmuş adam İsa ilə getmək istədi. 19 Amma İsa ona izin vermədi. Ona dedi: «Evinə qayıt. Rəbbin sənin üçün etdiklərini ailənə başa sal. Onun sənə necə mərhəmət göstərdiyini onlara bildir». 20 O adam da oradan ayrıldı. Dekapolis bölgəsinə getdi. İsanın ona etdiyi hər şeyi camaata danışmağa başladı. Bunları eşidənlər heyrətləndilər.


Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.