Kəşf et

Tədqiqat 2

Yaradılış: Allah insanı yaradır

Yaradılış 2:4-24

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

Adəm və Həvva Eden bağında

2:4 Beləcə, Allah göyü və yeri yaratmış oldu. 

5 Allah göyü və yeri yaradarkən yerdə heç bir bitki bitmirdi. Çünki Rəbb Allah yer üzünə hələ yağış yağdırmamışdı, torpağı əkib-becərəcək insan da hələ yox idi. 6 Yalnız yerdən çıxan su axınları torpağı suvarırdı. 7 Rəbb Allah yerdəki torpaqdan insanı yaratdı, onun burnuna həyat nəfəsi üfürdü və insan canlandı.

8 Sonra Allah şərqdə yerləşən Edendə bağ saldı və yaratdığı insanı orada məskunlaşdırdı. 9 Allah bu bağda gözəl və dadlı meyvələri olan hər cür ağac bitirdi. Bağın ortasında isə həyat ağacı ilə xeyir və şəri bilmə ağacını yetişdirdi.

10 Edendən bir çay axır, bağı suvarırdı. Bu çay sonra dörd qola ayrılırdı. 11 Onlardan birinin adı Pişondur. Bu çay qızıl mədənlərinin olduğu Xavila ölkəsi boyunca axır. 12 Bu ölkənin qızılı keyfiyyətlidir. Orada ətirli qatran və qiymətli əqiq daşı da var. 13 İkinci çay Gixon adlanır və Kuş ölkəsini dolaşaraq axır. 14 Üçüncü çay Dəclədir və Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay isə Fəratdır.

15 Sonra Allah Adəm adı verdiyi insanı Edendə məskunlaşdırdı ki, oranı əkib-becərsin və bağa qulluq etsin. 16 Allah Adəmə belə buyurdu: «Sən bu bağdakı istənilən ağacın barından yeyə bilərsən, 17 amma xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə. Çünki ondan yediyin gün hökmən öləcəksən».

18 Sonra Rəbb Allah dedi: «İnsanın tək olması yaxşı deyil. Mən ona uyğun olan bir köməkçi yaradacağam». 19 Allah yer üzündəki hər bir heyvanı və quşu torpaqdan yaratmışdı. Onların hamısını Adəmin yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. Adəm onların hər birinə hansı adı verdisə, o cür də adlandı. 20 Adəm bütün ev və çöl heyvanlarına, quşlara ad qoydu. Lakin onların arasında özünə uyğun köməkçi olmadı. 21 O zaman Rəbb Allah Adəmi dərin yuxuya verdi. Yuxuda olanda Allah onun bir qabırğasını çıxarıb, yerini ətlə örtdü. 22 Allah insandan götürdüyü qabırğadan qadın düzəltdi və onu insanın yanına gətirdi. 23 Adəm dedi:
«Bax bunun sümüyü sümüyümdən,
Bədəni bədənimdəndir.
O, qadın adlanacaq,
Çünki məndən – kişidən götürülüb».

24 Bax bu səbəbdən kişi ata-anasını tərk edib arvadına qovuşur və onunla bir bədən olur.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2025 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.