Kəşf et

Tədqiqat 28

Satınalma: İsa ölümə qalib gəlir

Luka 24:1-35

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İsanın dirilməsi

24:1 Bazar günü səhər tezdən qadınlar hazırladıqları ətirləri götürüb qəbrin yanına gəldilər. 2 Orada gördülər ki, qəbrin girişini bağlayan böyük yuvarlaq daş kənara yuvarlanıb. 3 Qadınlar içəri girdilər, amma Rəbb İsanın cəsədini tapmadılar. 4 Bu vəziyyətdən çaşıb qalmış halda dayanarkən birdən onların önündə iki kişi peyda oldu. Bunlar insan görkəmi almış mələklər idilər. Onlar par-par parıldayan libaslar geyinmişdilər. 5 Qadınlar qorxuya düşüb başlarını yerə əydilər. Kişilər dedilər: «Niyə siz Dirini ölülər arasında axtarırsınız? 6 O burada yoxdur, O dirildi! İndi yadınıza salın ki, hələ Qalileyada olarkən O sizə belə demişdi: 7 “Mən, Bəşər Oğlu, günahkar insanlara təslim ediləcəyəm, çarmıxa çəkiləcəyəm və üçüncü gün diriləcəyəm”». 8 Onda qadınlar İsanın sözlərini yada saldılar.

9 Qadınlar qəbrin olduğu yeri tərk etdilər. On Bir şagirdin və bir çox başqalarının yanına gəlib gördüklərini onlara danışdılar. 10 Şagirdlərə bunları danışanlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onların yanında olan digər qadınlar idilər. 11 Amma şagirdlər bunları uydurma sandılar və qadınların sözlərinə inanmadılar. 12 Bununla belə, Peter qalxıb tez qəbrə tərəf qaçdı. Əyilib qəbrin içinə baxanda kətan bezlərdən başqa heç nə görmədi. Buna heyrət edərək oradan evinə qayıtdı.

İsa Xamma yolunda iki şagirdə görünür

13 Elə həmin gün şagirdlərdən ikisi Xamma adlı kəndə gedirdi. Bu kənd Yerusəlimdən təxminən on bir kilometr məsafədə yerləşirdi. 14 Şagirdlər olub-keçən bütün hadisələr barədə öz aralarında söhbət edirdilər. 15 Elə bu zaman İsa onlara qoşulub onlarla birlikdə yol getməyə başladı. 16 Amma Allahın hökmü ilə onlar İsanı tanımadılar.

17 İsa onlardan soruşdu: «Yol gedə-gedə öz aranızda nə barədə mübahisə edirdiniz?» Onlar bir an dayandılar, üzlərindən kədər tökülürdü. 18 Onlardan Kleopa adlı biri İsaya cavab verdi: «Sən, yəqin, Yerusəlimdə olanlar arasında yeganə adamsan ki, bu günlərdə orada baş verən hadisələrdən xəbərsizsən». 19 İsa soruşdu: «Hansı hadisələrdən?» Onlar dedilər: «Nazaretli İsa ilə bağlı hadisələrdən. Bu adam Allahın və bütün xalqın nəzərində sözü də, əməli də qüdrətli bir peyğəmbər idi. 20 Bizim baş kahinlərimiz və idarəçilərimiz Onu ölümə məhkum etmək üçün valiyə təslim etdilər və çarmıxa çəkdirdilər. 21 Biz isə ümid edirdik ki, İsrail xalqını azad edəcək adam Odur. Bu gün artıq bu hadisələrin üçüncü günüdür. 22 Bu gün isə bizim qadınlardan bəzisi bizi heyrətə saldı. Onlar səhər tezdən qəbrin yanına gediblər, 23 amma İsanın cəsədini orada tapa bilməyiblər. Bundan sonra yanımıza gəlib dedilər ki, orada bizə mələklər göründü, onlar da bizə İsanın diri olduğunu bildirdilər. 24 Bizlərdən bəzisi qəbrin yanına gedib görüblər ki, hər şey elə qadınların bildirdiyi kimidir, amma Onun Özünü görməyiblər».

25 Onda İsa onlara dedi: «Siz necə də ağılsızsınız! Axı peyğəmbərlər bütün bunları qabaqcadan bildiriblər, siz isə onların sözlərini anlamaqda çətinlik çəkirsiniz! 26 Məgər Məsih bu əzablardan keçməli deyildimi, sonra da Öz izzətinə qovuşmalı deyildimi?» 27 Sonra bütün Müqəddəs Yazılarda Özü barədə yazılanları onlara izah etdi. Musanın Tövratından başladı, Peyğəmbərlərin Kitabları ilə davam etdi.

28 Bu əsnada onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü elə göstərdi ki, guya ayrılıb yoluna davam etmək istəyir. 29 Amma onlar İsadan dönə-dönə xahiş etdilər: «Bizimlə qal, artıq axşam düşür, gün batmaqdadır». O da onlarla qalmaq üçün oradakı evə girdi.

30 Şagirdlərlə birgə süfrə arxasına keçəndə İsa çörək götürüb şükür duası etdi, sonra bölüb onlara verdi. 31 Bu anda elə bil onların gözlərindən tor götürüldü və onlar İsanı tanıdılar. Amma İsa onların gözündən qeyb oldu. 32 Şagirdlər bir-birlərinə dedilər: «Doğrudan da, O, yolda bizimlə danışıb Müqəddəs Yazıları bizə izah edəndə ürəklərimiz necə də sevinclə coşurdu!»

33 Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar. Orada gördülər ki, On Bir şagird və onların yanında olanlar bir yerə toplaşıblar. 34 Toplaşanlar bir-birlərinə deyirdilər: «Rəbb İsa, doğrudan da, dirilib və Şimona görünüb». 35 Gələn iki şagird də yolda baş verənləri və çörəyi böldüyü vaxt Onu necə tanıdıqlarını danışdılar.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.