Kəşf et

Tədqiqat 6

Satınalma: İbrahim oğlunu qurban verir

Yaradılış 22:1-19

Addım 1: Hekayəni oxuyun

Müvafiq mətni oxuyun və ya dinləyin

x1.0

İbrahimin sınağa çəkilməsi

22:1 Bir müddət sonra Allah İbrahimi sınağa çəkməyi qərara aldı. Allah «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Bəli, ya Rəbb, buradayam!» deyə cavab verdi. 2 Allah dedi: «Sevdiyin yeganə oğlun İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu Mənə yandırma qurbanı olaraq təqdim et». 3 Səhər İbrahim qalxıb yandırma qurbanı üçün odun doğradı. Eşşəyini palanladı. Sonra oğlu İshaqı və iki nökərini də götürüb Allahın dediyi yerə yollandı. 4 Üç gün yol getdikdən sonra İbrahim uzaqdan həmin yeri gördü. 5 O, nökərlərinə dedi: «Siz burada qalın, eşşəkdə gözünüz olsun. Mən uşaqla orada Allaha ibadət edib qayıdacağam». 6 O, yandırma qurbanı üçün götürdüyü odunu İshaqın çiyninə qoydu. Özü isə çaxmaq daşı və bıçağı götürdü. Oğlu ilə yola düşdü. 7 İshaq İbrahimi çağırdı: «Ay ata!» İbrahim cavab verdi: «Buradayam, oğlum». Oğlu soruşdu: «Çaxmaq daşı və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?» 8 İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü göndərəcək». 9 Allahın dediyi yerə çatanda İbrahim qurbangah düzəltdi və odunları oraya düzdü. Oğlunun əl-qolunu bağlayıb odunların üstünə qoydu. 10 Oğlunu qurban kəsmək üçün bıçağı çıxaranda 11 Rəbbin mələyi göylərdən ona səsləndi: «İbrahim, İbrahim!» İbrahim «Mən buradayam!» dedi. 12 Rəbbin mələyi ona dedi: «Uşağa əl qaldırma və ona heç bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxan adamsan, öz yeganə oğlunu Məndən əsirgəmədin». 13 İbrahim ətrafına baxdı və buynuzu kol-kosa ilişmiş bir qoç gördü. Qoçu götürüb oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. 14 İbrahim hadisənin baş verdiyi yeri Yahve-İre adlandırdı ki, bu da «Allah ehtiyaclarımızı qarşılayır» deməkdir.

15 Rəbbin mələyi göylərdən İbrahimə səsləndi: 16 «Rəbb bəyan edir: “Sən yeganə oğlunu məndən əsirgəmədin. Mən də söz verirəm ki, 17 sənə böyük xeyir-dua verəcəyəm. Nəslini göydəki ulduzlar, dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Nəslindən gələnlər düşmənlərindən ələ keçirdikləri şəhərlərdə yaşayacaqlar. 18 Yer üzünün bütün millətləri də sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. Bunu edəcəyəm, çünki əmrimə itaət etdin”». 19 Sonra İbrahim nökərlərinin yanına qayıtdı. Birlikdə Beer-Şevaya döndülər. İbrahim Beer-Şevada məskunlaşdı.

Addım 2: Hekayəni təkrarlayın

Hekayəni öz sözlərinizlə təkrarlamaq üçün bir neçə dəqiqənizi ayırın. Siz bunu yüksək səslə söyləyə və ya yaza bilərsiniz. Əgər mətni yadda saxlaya bilmirsinizsə, onu yenidən oxuyun və ya dinləyin.

Addım 3: Hekayəni kəşf edin

Hekayə ilə tanış olduqdan sonra, aşağıdakı suallar haqqında düşünün və onları müzakirə edin.


Get it on Google Play
Download on the App Store

Get Discovery Bible Studies on your phone

Discover copyright ©2015-2026 discoverapp.org

Ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən götürülüb. Müəlliflik hüququ ©Müqəddəs Kitab Şirkəti. Əhdi-Ətiq 2004; Əhdi-Cədid 2009. İcazə ilə istifadə olunur. Bütün hüquqlar müdafiə olunur.